Əsas Səhifə > Ölkə idmanı > “Qarabağ” Azərbaycan Premyer Liqasında rekorda imza atıb
“Qarabağ” Azərbaycan Premyer Liqasında rekorda imza atıb18-03-2024, 11:26 |
“Qarabağ” Azərbaycan Premyer Liqasının 27 turunda 71 qol vurub. BrendSport.az xəbər verir ki, bu, ölkə çempionatları tarixində son 25 ilin rekordudur. Daha yüksək məhsuldarlığa sonuncu dəfə 1998-1999-cu illər mövsümündə təsadüf olunub. Həmin vaxt “Kəpəz” 27 turda 75 qol vurub. Gəncə təmsilçisinin bir matçdakı texniki qələbəsi də nəzərə alınmadan belə göstərici reallaşıb. Ölkə çempionatlarının 27 tur üçün mütləq rekordu isə 1996-1997-ci illər mövsümündə rəsmiləşib. “Neftçi” bu qədər oyunda 91 dəfə rəqib qapısına yol tapıb. Geri qayıt |