Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan həndbol çempionatı: lider ən yaxın izləyicisinə məğlub olub

Azərbaycan həndbol çempionatı: lider ən yaxın izləyicisinə məğlub olub


16-03-2024, 13:45


Qadın həndbolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib.

BrendSport.az
xəbər verir ki, XIV turun görüşündə çempionluğa iddialılar “Qarabağ”la “Azəryol” üz-üzə gəliblər.

“AHF Arena”da başabaş mübarizə şəraitində keçən qarşılaşmada lider “Qarabağ” meydanı məğlub tərk edib. 27:25 hesablı qələbə qazanan “Azəryol” çempionluq uğrunda mübarizəni daha da gərginləşdirib.

Qeyd edək ki, martın 17-də XII turdan təxirə salınmış oyunda “Kür” və “İdman Akademiyası” qarşılaşacaqlar.
Geri qayıt