Əsas Səhifə > Ölkə idmanı > Avropa Liqası: "Qarabağ" son dəqiqədə buraxdığı qolla mübarizəni dayandırıb

Avropa Liqası: "Qarabağ" son dəqiqədə buraxdığı qolla mübarizəni dayandırıb


15-03-2024, 02:00


"Qarabağ" UEFA Avropa Liqasının 1/8 final mərhələsində cavab oyununa çıxıb.

BrendSport.az
xəbər verir ki, Azərbaycan çempionu Almaniyada "Bayer 04"ün qonağı olub.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 3:2.

"Köhlən atlar"da 58-ci dəqiqədə Abdullah Zubir, 67-ci dəqiqədə Olavio Juninyo fərqləniblər. 62-ci dəqiqədə Ağdam klubunda Elvin Cəfərquliyev birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

72-ci dəqiqədə Leverkuzen təmsilçisində Ceremi Frimponq fərqi azalda bilib. 90+3-cü dəqiqədə Patrik Şik hesabı bərabərləşdirib. Çexiyalı hücumçu 90+8-ci dəqiqədə qələbə qolunun da müəllifi olub.

Bakıda ilk matçda rəqibi ilə 2:2 hesablı heç-heçə edən "Qarabağ" turnirlə vidalaşıb.
Geri qayıt