Əsas Səhifə > Ölkə idmanı > Hakimi təhqir edən “Araz-Naxçıvan”ın futbolçusu cəzalandırılıb
Hakimi təhqir edən “Araz-Naxçıvan”ın futbolçusu cəzalandırılıb12-03-2024, 15:35 |
Azərbaycan Premyer Liqasının XXVI turunda “Turan Tovuz”la oyunda hakimi təhqir edən “Araz-Naxçıvan”ın futbolçusu Vüsal Şabanov cəzalandırılıb. BrendSport.az xəbər verir ki, komandasının 0:2 hesabı ilə məğlub olduğu matçın 78-ci dəqiqəsində qırmızı vərəqə alan oyunçu AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq diskvalifikasiyaya məruz qalıb. Bu, “Araz-Naxçıvan”ın 3000 manat cərimələnməsinə səbəb olub. Görüşdə 4 futbolçusu sarı vərəqə alan naxçıvanlılar daha 700 manat cərimə ediliblər. “Turan Tovuz” isə 6 oyunçusunun sarı vərəqə alması ucbatından 700 manat ziyana düşüb. “Kəpəz” – “Neftçi” qarşılaşmasında birincilərin azarkeşləri tərəfindən rəsmi şəxslərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyindən, Gəncə təmsilçisi 1000 manat cərimə olunub. Geri qayıt |