Əsas Səhifə > Ölkə idmanı > Həndbol çempionatı: "Bakı" qələbə qazanaraq liderə yaxınlaşıb
Həndbol çempionatı: "Bakı" qələbə qazanaraq liderə yaxınlaşıb9-03-2024, 11:00 |
Kişi həndbolçular arasında Azərbaycan çempionatında XIII turun oyunları keçirilib. BrendSport.az xəbər verir ki, ilk matçda "Qarabağ" "Dinamo"nu məğlub edib - 47:30. Digər qarşılaşmalarda “Bakı” “İdman Akademiyası”na 20:12, "Azəryol" isə “Təhsil”ə 48:30 hesabı ilə qalib gəlib. Qeyd edək ki, bu turda istirahət edən "Kür" 19 xalla liderdir. "Bakı" 18 xalla ikinci pillədədir. "Azəryol" 16, "Qarabağ" 15 xalla müvafiq olaraq 3-4-cü yerlərdə qərarlaşıblar. “Dinamo” və “İdman Akademiyası”nın hesabında 3, sonuncu pillədəki “Təhsil”in isə 2 xalı var. Geri qayıt |