Əsas Səhifə > Ölkə idmanı > Avropa Liqası: "Qarabağ" Bakıda "Bayer 04"lə heç-heçə edib
Avropa Liqası: "Qarabağ" Bakıda "Bayer 04"lə heç-heçə edib7-03-2024, 23:42 |
"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununu keçirib. BrendSport.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda Almaniyanın "Bayer 04" klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma heç-heçə başa çatıb - 2:2. 26-cı dəqiqədə Yassin Benzia hesabı açıb. 45+2-ci dəqiqədə Olavio Juninyo qonaqları növbəti dəfə məyus edib. Leverkuzen təmsilçisinin heyətində Florian Virtz 70-ci dəqiqədə fərqi azaldıb. 90+2-ci dəqiqədə Patrik Şik Almaniya klubunu məğlubiyyətdən xilas edib. Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək. Geri qayıt |