Əsas Səhifə > Ölkə idmanı > AFFA-nın təşkilatçılığı ilə keçirilən məşqçi kursuna yekun vurulub
AFFA-nın təşkilatçılığı ilə keçirilən məşqçi kursuna yekun vurulub7-03-2024, 16:20 |
AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə keçirilən D kateqoriyalı məşqçi kursuna yekun vurulub. BrendSport.az xəbər verir ki, milli assosiasiyanın inzibati binasında keçirilən kurs ümumilikdə 3 gün davam edib. Tədbirin son günündə iştirakçılara kursu bitirdiklərinə dair müvafiq lisenziyalar təqdim olunub. Lisenziyaları AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov və AFFA-nın məşqçi kurslarının təlimatçıları İlham Əzizzadə və Dəyanət Əliyev təqdim ediblər. Geri qayıt |