Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan çempionatının bombardiri 56 yaşında karyerasını bərpa edib
Azərbaycan çempionatının bombardiri 56 yaşında karyerasını bərpa edib6-03-2024, 11:45 |
"Kəpəz" klubunun sabiq futbolçusu Rövşən Əhmədov 56 yaşında karyerasını bərpa edib. BrendSport.az xəbər verir ki, keçmiş hücumçu Region Liqasında "VT Gəncə"nin heyətində "Şəki" ilə matçda start heyətində meydana çıxıb. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Qeyd edək ki, Rövşən Əhmədov "Kəpəz"in heyətində 3 dəfə çempion, 1996/1997 mövsümündə 23 qolla komanda yoldaşı Fazil Pərvərovla birgə Azərbaycan çempionatının bombardiri olub. Geri qayıt |