Əsas Səhifə > Ölkə idmanı > Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”a qalib gəlib
Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”a qalib gəlib2-03-2024, 20:30 |
Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib. BrendSport.az xəbər verir ki, “Sabah” öz meydançasında “Araz-Naxçıvan”la qarşılaşıb. Matçın birinci hissəsində qapılara qol vurulmayıb. Hesab fasilədən sonra açılıb. 54-cü dəqiqədə meydan sahiblərinin oyunçusu Emmanuel Apeh yaxın məsafədən toru silkələyib. Qarşılaşmada son nöqtəni 90+7-ci dəqiqədə Kahim Parris qoyub. Beləliklə, 2:0 hesablı qələbə qazanan bakılılar xallarının sayını 34-ə yüksəldiblər. Naxçıvan təmsilçisi isə 31 xalda qalıb. Qeyd edək ki, ötən gün “Kəpəz” səfərdə “Sumqayıt”ı (3:1) məğlub edib, bu gün “Zirə” ilə “Turan Tovuz” (1:1) bərabərə qalıblar. Tura martın 3-də keçiriləcək “Qəbələ” – “Səbail” və “Neftçi” - “Qarabağ” oyunları ilə yekun vurulacaq. Geri qayıt |