Əsas Səhifə > Ölkə idmanı > Premyer Liqa: "Kəpəz" səfərdə "Sumqayıt"ı məğlub edib

Premyer Liqa: "Kəpəz" səfərdə "Sumqayıt"ı məğlub edib


1-03-2024, 21:14


Azərbaycan Premyer Liqasında XXV tura start verilib.

BrendSport.az
günün yeganə oyunu Sumqayıtda keçirilib.

Şəhərin eyniadlı komandası Mehdi Hüseynzadə adına stadionda “Kəpəz”i qəbul edib. Gəncə təmsilçisi gözlənilmədən ikinci pillədəki rəqibini 3:1 hesabı ilə məğlub edib. Qonaqların heyətində 20-ci dəqiqədə Vüsal Məsimov, 62-ci dəqiqədə Mate Kvirkviya, 90+5-ci dəqiqədə isə Rüfət Əhmədov fərqlənib. "Gənclik şəhəri" təmsilçisinin təsəlli qoluna 80-ci dəqiqədə İsa Suliman imza atıb.

Qələbə sayəsində doqquzuncu pillədəki "Kəpəz" xallarının sayını 26-ya yüksəldib. İkinci sırada qərarlaşan "Sumqayıt"ın hesabında 36 xal var.

Qeyd edək ki, turun digər oyunları martın 2-3-də keçiriləcək.
Geri qayıt