Əsas Səhifə > Ölkə idmanı > Premyer Liqa: "Qarabağ" növbəti qələbəsini qazanıb
Premyer Liqa: "Qarabağ" növbəti qələbəsini qazanıb28-02-2024, 21:00 |
Azərbaycan Premyer Liqasında XXIII turdan təxirə salınan oyun keçirilib. BrendSport.az xəbər verir ki, "Qəbələ" "Qarabağ"ı qəbul edib. Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 4:0. Qonaqların heyətində 47-ci dəqiqədə Adama Diakabi, 59-cu dəqiqədə penaltidən Riçard Almeyda, 65-ci dəqiqədə Nəriman Axundzadə, 80-ci dəqiqədə Marko Yankoviç fərqləniblər. Meydan sahiblərində Feras Abu Akal 52-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub. Bu nəticədən sonra lider "Qarabağ" xallarının sayını 57-yə çatdırıb. Sonuncu sıradakı "Qəbələ"nin 15 xalı var. Geri qayıt |