Əsas Səhifə > Ölkə idmanı > I Liqa klubunun məşqçisi hakimləri təhqir etdiyi üçün cəzalandırılıb
I Liqa klubunun məşqçisi hakimləri təhqir etdiyi üçün cəzalandırılıb27-02-2024, 15:12 |
Futbol üzrə I Liqa klubu MOİK-in məşqçisi Orxan Səfiyarov hakimləri təhqir etdiyi üçün cəzalandırılıb. BrendSport.az xəbər verir ki, XV turda “Qaradağ Lökbatan”la keçirilən oyunun sonlarında qırmızı vərəqə alan mütəxəssis 5 matçlıq diskvalifikasiya olunub. Ordu klubu buna görə 400 manat cərimə edilib. “Hərbçilər”in futbolçusu Nazim Məmmədzadə isə qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığından 3 oyunluq cəzalandırılıb, klubunu 200 manat ziyana salıb. Geri qayıt |