Əsas Səhifə > Ölkə idmanı > "Qəbələ"nin baş məşqçisi istefa verib

"Qəbələ"nin baş məşqçisi istefa verib


25-02-2024, 15:43


“Qəbələ” komandasının baş məşqçisi Elmar Baxşıyev istefa verib.

BrendSport.az
xəbər verir ki, klub rəhbərliyi 44 yaşlı mütəxəssisin istefasını qəbul edib.

2015-ci ilin iyunundan “Qəbələ”nin əvəzedicilərinin məşqçisi, 2017-ci ilin iyulunda baş məşqçisi kimi çalışan Baxşıyev 2018-ci ildən əsas komandada işləyib.

2019-cu ilin avqustunda baş məşqçi təyin olunan mütəxəssis ümumilikdə 155 oyunda bu vəzifəni yerinə yetirib. Komanda onun rəhbərliyi altında 52 qələbə qazanıb, 41 heç-heçə edib və 62 dəfə uduzub. “Qəbələ” Baxşıyevin rəhbərliyi altında 2022/2023 mövsümündə Azərbaycan Kubokunun qalibi olub.
Geri qayıt