Əsas Səhifə > Ölkə idmanı > Polina və komandası finala çıxa bilmədi
Polina və komandası finala çıxa bilmədi25-03-2018, 21:17 |
Voleybol üzrə qadınlar arasında Türkiyə Sultanlar Liqasında ilk finalçı bəlli olub. “Fənərbaxça”ya qalib gələn “Eczaçıbaşı” həlledici görüşdə iştirak etməyə haqq qazanıb. Yarımfinalın ilk görüşündə 1:3 hesabı ilə uduzan İstanbul nəhəngi bu dəfə 0:3 hesablı yenilgi ilə barışmalı olub.“Fənərbaxça”nın üzvü, milli komandamızın hücumçusu Polina Rəhimova görüşdə 17 xal toplayaraq komandasının bombardiri olsa da, bu, qələbə üçün yetərli olmayıb. Qeyd edək ki, ikinci finalçının adına “Vakıfbank” – “Qalatasaray” oyunundan sonra aydınlıq gələcək. Apasport.az Geri qayıt |