Əsas Səhifə > Ölkə idmanı > Yeniyetmə ağırlıqqaldıranlar arasında Azərbaycan birinciliyi keçiriləcək
Yeniyetmə ağırlıqqaldıranlar arasında Azərbaycan birinciliyi keçiriləcək21-02-2024, 16:00 |
Yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi keçiriləcək. BrendSport.az xəbər verir ki, yarış fevralın 23-25-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzində təşkil olunacaq. Turnirdə ölkənin şəhər və rayonlarının idman cəmiyyətləri, klubları və mərkəzlərini təmsil edən 150-dən çox gənc atlet iştirak edəcək. Birinciliyin keçirilməsində məqsəd ağırlıqqaldırma növünün təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin təkmilləşdirilməsi, Respublikanın şəhər və rayonlarında, idman cəmiyyətlərində, klublarında və mərkəzlərində inkişaf səviyyəsinin müəyyənləşdirilməsi, perspektivli yeniyetmələrin aşkar olunması, yeniyetmə oğlan və qızlardan ibarət millilərin tərkibinin müəyyənləşdirilməsi, beynəlxalq yarışlara hazırlanmasıdır. Geri qayıt |