Əsas Səhifə > Ölkə idmanı > Azərbaycanın yeniyetmə güləşçiləri təlim-məşq toplanışına başlayıblar

Azərbaycanın yeniyetmə güləşçiləri təlim-məşq toplanışına başlayıblar


21-02-2024, 17:10


Azərbaycanın sərbəst güləş üzrə U-17 millisi növbəti təlim-məşq toplanışına start verib.

BrendSport.az
xəbər verir ki, bu gün Xaçmaz Olimpiya İdman Kompleksində başlayan hazırlıq prosesi martın 9-dək davam edəcək.

Həm fiziki, həm də taktiki-texniki çalışmaların yer alacağı toplanışda böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov və Yaşar Əliyevin rəhbərliyi altında 28 güləşçi iştirak edir.

Təlim-məşq toplanışı 12-14 martda Türkiyədə keçiriləcək Zəfər Kubokuna və 10-16 iyunda Finlandiyada təşkil ediləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır.
Geri qayıt