Əsas Səhifə > Ölkə idmanı > “Böyük Dəbilqə”: Bu gün Azərbaycanın 9 cüdoçusu tatamiyə çıxacaq

“Böyük Dəbilqə”: Bu gün Azərbaycanın 9 cüdoçusu tatamiyə çıxacaq


17-02-2024, 11:00


Bu gün Azərbaycanın daha 9 cüdoçusu Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində tatamiyə çıxacaq.

BrendSport.az
xəbər verir ki, ikinci yarış günündə Aytac Qardaşxanlı (63 kiloqram) və Günel Həsənli (70 kiloqram) 1/16 finaldan mübarizəyə başlayacaqlar.

Onlar müvafiq olaraq, Zulhumar Daşkinova (Türkmənistan) və Aleksandra Samarciçlə (Bosniya və Herseqovina) üz-üzə gələcəklər.

Kişilərin yarışında isə 1/16 finalda Hidayət Heydərov (73 kiloqram) Karim Adarvez (Argentina), Rəşid Məmmədəliyev (73 kiloqram) Tohar Butbul (İsrail), İbrahim Əliyev (73 kiloqram) Hamad Suleyman (Səudiyyə Ərəbistanı), Səid Mollayi (81 kiloqram) Mustafa Həbib (Bosniya və Herseqovina), Zelim Tçkayev (81 kiloqram) Abdulelah Albali (Səudiyyə Ərəbistanı), Ömər Rəcəbli (81 kiloqram) Mohammed Alharbi (Səudiyyə Ərəbistanı) ilə qarşılaşacaq.

Nurlan Osmanov (73 kiloqram) isə mübarizəyə təsnifat mərhələsindən başlayacaq. Onun ilk rəqibi Xorxe Qarsiya (İspaniya) olacaq.

Qeyd edək ki, ötən gün Azərbaycanın iki cüdoçusu - Balabəy Ağayev (60 kiloqram) və Yaşar Nəcəfov (66 kiloqram) bürünc medalın sahibi olublar.

Azərbaycan fevralın 18-dək davam edəcək turnirdə 32 cüdoçu ilə təmsil olunur.
Geri qayıt