Əsas Səhifə > Ölkə idmanı > “Neftçi” Rusiya klubu ilə qarşılaşa bilər

“Neftçi” Rusiya klubu ilə qarşılaşa bilər


10-02-2024, 19:50


“Neftçi” ilə Rusiyanın “Spartak” (Moskva) komandası arasında yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.

BrendSport.az
xəbər verir ki, matçın martın 23-ü “Neftçi Arena”da oynanılması nəzərdə tutulub.

Qeyd edək ki, "Neftçi" ötən yay Rusiyadakı təlim-məşq toplanışı zamanı Moskva təmsilçisinə 0:2 hesabı ilə uduzub.
Geri qayıt