Əsas Səhifə > Ölkə idmanı > Dövlət qurumlarının əməkdaşları arasında üzgüçülük yarışı keçirilir
Dövlət qurumlarının əməkdaşları arasında üzgüçülük yarışı keçirilir10-02-2024, 11:40 |
Dövlət qurumlarının əməkdaşları arasında üzgüçülük yarışının açılış mərasimi keçirilib. BrendSport.az xəbər verir ki, Bakı Su İdmanı Sarayında təşkil olunan tədbir komandaların və hakimlərin paradı ilə başlayıb. Yarışın əsas məqsədi oturaq iş rejimində çalışan əməkdaşların aktivliyinin artırılması, onlar arasında su idmanı növlərinin daha geniş yayılması, inkişaf etdirilməsi və sağlam həyat tərzinin təbliğidir. Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov yarışda xüsusilə qadınların fəal iştirakının sevindirici hal olduğunu söyləyib. Üzgüçülük üzrə millinin baş məşqçisi Rəşad Əbdürrəhmanov iştirakçıları turnirin qaydaları haqqında məlumatlandırıb. Çıxışlardan sonra dövlət qurumlarının əməkdaşları arasında üzgüçülük yarışı start götürüb. Turnirdə 21 komandada 12-si qadın, 60-ı kişi olmaqla ümumilikdə 72 iştirakçı mübarizə aparır. Qalib və mükafatçılar nazirlik tərəfindən diplom, medal və Su İdmanı Sarayına kupon qazanacaqlar. Geri qayıt |