Əsas Səhifə > Ölkə idmanı > “Qarabağ”ın müdafiəçisi Premyer Liqada 250-ci oyununu keçirib

“Qarabağ”ın müdafiəçisi Premyer Liqada 250-ci oyununu keçirib


6-02-2024, 11:00


“Qarabağ”ın futbolçusu Bədavi Hüseynov Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.

BrendSport.az
xəbər verir ki, onun yubiley matçı Premyer Liqanın XXI turunda baş tutub.

33 yaşlı müdafiəçi “Səbail”lə səfər qarşılaşmasında meydana çıxıb. Bədavi 250 görüşdə 4 qola imza atıb.

O, Premyer Liqada iki klubun formasını geyinib. “Sumqayıt”da 26 matça çıxan futbolçu “Qarabağ”da 224-cü oyununu keçirib. Hüseynov bütün qollarını Ağdam klubunda vurub.

Qeyd edək ki, Bədavi Hüseynov Azərbaycan çempionatında 2011-2012-ci illər mövsümündə debüt edib. O, 2011-ci il sentyabrın 11-də “Sumqayıt”ın heyətində “Qarabağ”la görüşdə (0:0) debüt edib.
Geri qayıt