Əsas Səhifə > Ölkə idmanı > Güllə atıcılığı üzrə Azərbaycan millisi Qran-pridə 5-ci yeri tutub

Güllə atıcılığı üzrə Azərbaycan millisi Qran-pridə 5-ci yeri tutub


15-01-2024, 13:49

Güllə atıcılığı üzrə Azərbaycan millisi Sloveniyanın Ruşe şəhərində keçirilən Qran-pridə 5-ci yeri tutub.

BrendSport.az
xəbər verir ki, yığma qarışıq komanda növündə 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə bu nəticəyə imza atıb.

Ruslan Lunyov – Nigar Nəsirovadan ibarət komanda 571 xal toplayıb. Qran-prinin qalibi 580 xalla Çexiya millisi olub.

Fərdi yarışda isə Ruslan Lunyov kişilər, Nigar Nəsirova qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə 15-ci yeri tutublar.
Geri qayıt