Əsas Səhifə > Ölkə idmanı > Həndbol üzrə Azərbaycan çempionatı: Lider növbəti qələbəsini qazanıb
Həndbol üzrə Azərbaycan çempionatı: Lider növbəti qələbəsini qazanıb13-01-2024, 15:10 |
![]() Kişi həndbolçular arasında Azərbaycan çempionatında VII turun daha iki oyunu keçirilib. BrendSport.az xəbər verir ki, "Təhsil" "İdman Akademiyası"na (30:28), "Kür" isə "Bakı"ya (26:20) qalib gəlib. Qeyd edək ki, "Kür" 12 xalla liderdir. "Bakı", "Qarabağ" və "Azəryol"un hərəyə 8, "Təhsil" və "İdman Akademiyası"nın hərəyə 2 xalı var. Sonuncu sıradakı "Dinamo" isə xalsızdır. Geri qayıt |