Əsas Səhifə > Ölkə idmanı > Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk oyun müəyyənləşib
Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk oyun müəyyənləşib12-01-2024, 15:35 |
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun təqvimi açıqlanıb. BrendSport.az xəbər verir ki, turun oyunları fevralın 3-ü, 4-ü və 5-də keçiriləcək. “Sumqayıt” – “Neftçi” matçı Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynanılacaq. Bu, yenidənqurmadan sonra sözügedən arenada ilk qarşılaşma olacaq. Oyun saat 15:00-da start götürəcək. Azərbaycan Premyer Liqası XXI tur 3 fevral (şənbə) 15:00. “Səbail” – “Qarabağ” “ASCO Arena”. 17:30. “Sabah” – “Turan Tovuz” “Bank Respublika Arena”. 4 fevral (bazar) 15:00. “Sumqayıt” – “Neftçi” Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 17:30. “Qəbələ” – “Zirə” Qəbələ şəhər stadionu. 5 fevral (bazar ertəsi) 15:00. “Kəpəz” – “Araz-Naxçıvan” Geri qayıt |