Əsas Səhifə > Ölkə idmanı > “Zirə” klubunun qapıçısı mövsümün ilk hissəsinin rekordçusu olub

“Zirə” klubunun qapıçısı mövsümün ilk hissəsinin rekordçusu olub


9-01-2024, 14:00


Azərbaycan Premyer Liqasının 2023/2024-cü illər mövsümünün ilk yarısında yalnız dörd qapıçı 5 və ya daha çox görüşdə qapısını toxunulmaz saxlayıb.

BrendSport.az
xəbər verir ki, 18 turun rekordçusu Tiaqo Silvadır. “Zirə”nin qolkiperi 9 matçda qol buraxmayıb. Bütün oyunların iştirakçısı olan portuqaliyalı 50 faizlik göstəriciyə imza atıb.

Mehdi Cənnətov ikinci pillədə qərarlaşıb. “Sumqayıt”ın qapıçısı 6 quru oyun keçirməyə nail olub.

Digər iki qolkiperin hesabında 5 belə qarşılaşma var. “Turan Tovuz”un qapıçısı Aydın Bayramov və “Araz-Naxçıvan”ın legioneri Kristian Avram üçüncü sıranı bölüşürlər.
Geri qayıt