Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan çempionu braziliyalı futzalçını transfer edib

Azərbaycan çempionu braziliyalı futzalçını transfer edib


9-01-2024, 13:20


“Araz-Naxçıvan” futzal klubu yeni ildə ilk transferini rəsmiləşdirib.

BrendSport.az
xəbər verir ki, son ölkə çempionu braziliyalı hücumameyilli oyunçu Andre Korrea dos Santos Junioru heyətinə qatıb.

“Andrezinyo” ləqəbli 26 yaşlı futzalçı mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək. Buna qədər vətənində “Sao Lourenço”, “Taubate”, “Yuventude”, “Esporte Futuro” və “Praya” klublarında çıxış etmiş oyunçu yanvarın 11-də Bakıya gələcək və ertəsi gün yeni komandası ilə məşqlərə başlayacaq.

Qeyd edək ki, Yüksək Liqanın liderini dekabrda Eriko Dannilo, Xətai Bağırov və İsa Atayev tərk edib. Dannilo ilə başa çatan müqavilənin müddəti uzadılmayıb, Bağırov və Atayev isə xarici klubdan dəvət alıb.
Geri qayıt