Əsas Səhifə > Ölkə idmanı > “Kəpəz”in “Araz-Naxçıvan”la oyunu ləğv edilib
“Kəpəz”in “Araz-Naxçıvan”la oyunu ləğv edilib1-01-2024, 13:05 |
“Kəpəz”in “Araz-Naxçıvan”la yoxlama oyunu ləğv edilib. BrendSport.az xəbər verir ki, buna səbəb tərəflərin matçın məkanı ilə bağlı razılığa gələ bilməmələri olub. Əvəzində baş məşqçi Adil Şükürov komandasını I Liqa təmsilçisi “İmişli” ilə qarşılaşmada sınaqdan keçirəcək. Həmin matç yanvarın 15-də Gəncədə baş tutacaq. Qeyd edək ki, “Kəpəz” Premyer Liqada ilk yarıdan sonra 14 xalla 9-cu pillədə qərarlaşıb. Geri qayıt |