Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan bu il 91 beynəlxalq yarışa ev sahibliyi edib

Azərbaycan bu il 91 beynəlxalq yarışa ev sahibliyi edib


29-12-2023, 17:10


Azərbaycanda 2023-cü ildə təşkil olunan beynəlxalq idman tədbirlərinın sayı açıqlanıb.

BrendSport.az
xəbər verir ki, bu il 318 ölkə miqyaslı, 91 beynəlxalq miqyaslı yarış keçirilib. 630 beynəlxalq turnirdə milli komandaların iştirakı təmin olunub.

Azərbaycan il ərzində 3 dünya çempionatına ev sahibliyi edib. Bakıda taekvondo, atıcılıq və hərbçilər arasında güləş üzrə dünya çempionatları təşkil edilib. Həmçinin kişi və qadın idman gimnastikası, eləcə də bədii gimnastika üzrə Dünya Kuboku, “Formula 1” üzrə Azərbaycan Qran-Prisi, bədii gimnastika üzrə 39-cu Avropa çempionatı, şahmat üzrə Dünya Kuboku, MMA üzrə “Landmark 7” beynəlxalq “Rizin” turniri kimi yarışlar ölkəmizdə təşkil olunub.

Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksəkvəzifəli Şəxslərin VII Beynəlxalq Konfransı, Beynəlxalq Avtomobil Federasiyası – FIA Baş Assambleyası və Mükafatlandırma mərasimi (FIA Prize-Giving Ceremony), Avropa Badminton Konfederasiyasının Konqresi, Avropa Atıcılıq Konfederasiyasının 29-cu Baş Assambleyası və digər mühüm tədbirlər də Bakıda keçirilib.

Həmçinin idman növləri üzrə milli komandalar 12 gündən az olmayaraq, 399 təlim-məşq toplanışında iştirak ediblər.
Geri qayıt