Əsas Səhifə > Ölkə idmanı > Fərid Qayıbov Azərbaycan Deflimpiya Komitəsinin prezidenti ilə görüşüb

Fərid Qayıbov Azərbaycan Deflimpiya Komitəsinin prezidenti ilə görüşüb


27-12-2023, 19:00


Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Deflimpiya Komitəsinin prezidenti Anar Bayramov və idarə heyətinin üzvləri ilə görüşüb.

BrendSport.az
xəbər verir ki, görüş zamanı komitənin inkişafı, fəaliyyət istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb, əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.

Görüşdə gənclər və idman nazirinin müavini Mariana Vasileva, Deflimpiya Komitəsinin idarə heyətinin üzvləri Yalçın Niftiyev, Səidə Babazadə, Sahib Gülməmmədov, Cəmilə Abdulova, Sevgiyə Qasımova və Nərgiz Abdulova da iştirak ediblər.
Geri qayıt