Əsas Səhifə > Ölkə idmanı > Şəhriyar Məmmədyarov bu gün erməni Levon Aronyanla qarşılaşır
Şəhriyar Məmmədyarov bu gün erməni Levon Aronyanla qarşılaşır20-03-2018, 16:03 |
Almaniyanın paytaxtı Berlindəki şahmat üzrə İddiaçılar Turnirində bu gün IX turun görüşləri keçiriləcək. Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov qara fiqurlarla ermənistanlı Levon Aronyanla qarşılaşacaq. Məmmədyarov əvvəlki oyunlarından 2 qələbə, 6 heç-heçə, Aronyan isə 1 qələbə, 3 məğlubiyyət və 4 heç-heçə ilə ayrılıb. İki şahmatçı arasında ilk dövrədəki görüşdə qalib müəyyənləşməyib - 0,5:0,5. Turun digər görüşləri: Fabiano Karuana (ABŞ) - Din Lijen (Çin) Uesli So (ABŞ) - Aleksandr Qrişuk (Rusiya) Sergey Karyakin (Rusiya)- Vladimir Kramnik (Rusiya) Oyunlar Bakı vaxtı ilə saat 18:00-da başlanacaq. 8 turdan sonra Karuana 5,5 xalla vahid liderdir. Məmmədyarov 5 xalla 2-ci, Qrişuk 4,5 xalla 3-cü, Din Lijen 4 xalla 4-cü yerdə qərarlaşıb. 5-6-cı pillələrdəki Karyakinlə Kramnikin hərəyə 3,5 xalı var. Son 2 pilləni isə hərəyə 3 xalı olan Aronyanla So bölüşür. Qeyd edək ki, İddiaçılar Turnirinin ümumi mükafat fondu 420 min avrodur. Qalib şahmatçı norveçli Maqnus Karlsenlə dünya çempionu titulu uğrunda görüşə çıxacaq. Geri qayıt |