Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Cüdo Federasiyası daha 31 idman təşkilatına lisenziya verib
Azərbaycan Cüdo Federasiyası daha 31 idman təşkilatına lisenziya verib23-12-2023, 12:49 |
Azərbaycan Cüdo Federasiyası (ACF) idman təşkilatlarının lisenziyalaşdırılması prosesini davam etdirir. BrendSport.az xəbər verir ki, qurum daha 31 idman təşkilatına beş il müddətinə lisenziya verib. Bu təşkilatlar qaydalara uyğun olaraq tələb olunan sənədləri təqdim edib və müəyyən edilmiş meyarlar əsasında seçiliblər. Federasiyanın idman direktoru Kamran Talıbov və İcraiyyə Komitəsinin üzvü Ağayar Axundzadə lisenziyanın mahiyyətindən və əhəmiyyətindən, idman təşkilatlarının öhdəliklərindən danışıb, idman təşkilatlarını təbrik ediblər. Qeyd edək ki, ACF 2022-ci ilin avqust ayından etibarən ölkədə fəaliyyət göstərən cüdo üzrə idman klubları, cəmiyyətləri və təşkilatlarının lisenziyalaşdırılması prosesinə start verib. Hazırda lisenziyalaşdırılmış idman təşkilatının sayı 117-dir. Geri qayıt |