Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Kubokunda son 15 mövsümün rekordu təkrarlanıb
Azərbaycan Kubokunda son 15 mövsümün rekordu təkrarlanıb22-12-2023, 15:30 |
Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “İrəvan” – “Araz-Naxçıvan” qarşılaşması 10 qolun vurulması ilə əlamətdar olub. BrendSport.az xəbər verir ki, bu, ölkə kuboku tarixində 10 və ya daha çox qolun qeydə alındığı ümumilikdə 15-ci matçdır. 1992-ci ildən keçirilən yarışda bunadək 14 belə yüksək məhsuldarlıq yaşanıb. Son 15 mövsümdə isə ilk dəfə bir qarşılaşmada 10 qol vurulub. Sonuncu belə məhsuldar görüş 2008/2009-cu illər mövsümündə baş tutub. 2008-ci il oktyabrın 30-da “Bakı” “Qafqaz Universiteti”nin qapısından 10 cavabsız top keçirib. Qeyd edək ki, "İrəvan" bu matçda 2:8 hesabı ilə məğlub olub. Geri qayıt |