Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Kuboku: “Qarabağ” Xankəndidəki oyunda qələbə qazanaraq 1/4 finala yüksəlib YENİLƏNİB - 3
Azərbaycan Kuboku: “Qarabağ” Xankəndidəki oyunda qələbə qazanaraq 1/4 finala yüksəlib YENİLƏNİB - 321-12-2023, 16:30 |
Azərbaycan Kubokunun 1/8 final mərhələsində növbəti oyun keçirilib. BrendSport.az xəbər verir ki, “Qarabağ” Xankəndi şəhər stadionunda MOİK komandasını qəbul edib. Görüşün taleyini bir qol həll edib. Nəriman Axundzadənin matçın əsas hissəsinə əlavə olunmuş vaxtın 5-ci dəqiqəsində vurduğu top Ağdam təmsilçisinə minimal hesablı qələbə qazandırıb. İşğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra ilk futbol matçında fərqlənən gənc hücumçu tarixi qolun müəllifi olub. “Köhlən atlar” bu nəticə ilə 1/4 finalda “Sabah” klubuna rəqib olublar. Qeyd edək ki, 1/8 final mərhələsinə bu gün keçiriləcək “Neftçi” – “Qaradağ Lökbatan” matçı ilə yekun vurulacaq. 15:09 Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qarabağ” və MOİK komandaları arasında keçirilən oyunda ikinci hissə başlayıb. AZƏRTAC xəbər verir ki, Xankəndi şəhər stadionunda keçirilən qarşılaşmada ilk yarıdan sonra hesab açılmayıb. Qeyd edək ki, bu cütün qalibi 1/4 finalda “Sabah” klubu ilə qarşılaşacaq. 14:51 Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qarabağ” və MOİK komandaları arasında keçirilən oyunda ilk hissə başa çatıb. AZƏRTAC xəbər verir ki, Xankəndi şəhər stadionunda keçirilən qarşılaşmada komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar. Ağdam klubunun yarımmüdafiəçisi Riçard Almeyda 39-cu dəqiqədə zədələnərək Patrik Andrade ilə əvəzlənib. 14:04 Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qarabağ” və MOİK komandaları arasında oyun başlayıb. AZƏRTAC xəbər verir ki, Xankəndi şəhər stadionunda keçirilən qarşılaşma saat 14:00-da start götürüb. Matçı Əli Əliyevin başçılıq etdiyi hakimlər briqadası idarə edir. Oyundan öncə komandalar meydana şəhid övladları ilə birlikdə çıxıblar. Daha sonra Dövlət Himni səsləndirilib. Ardınca isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qeyd edək ki, bu, işğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra ilk futbol matçıdır. Cütün qalibi 1/4 finalda “Sabah” klubu ilə qarşılaşacaq. Geri qayıt |