Əsas Səhifə > Ölkə idmanı > AFFA “Qarabağ” və “Neftçi” klublarını cəzalandırıb
AFFA “Qarabağ” və “Neftçi” klublarını cəzalandırıb20-12-2023, 16:45 |
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. BrendSport.az xəbər verir ki, iclasda Premyer Liqanın XVII turunda qeydə alınmış qayda pozuntularına hüquqi qiymət verilib. “Kəpəz”lə oyunun 26-cı dəqiqəsində, həmçinin matç bitdikdən sonra “Sumqayıt” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 1500 manat cərimə edilib. “Səbail”lə görüşdə təcavüzkar davranışa - rəqibə zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə alan “Qəbələ”nin futbolçusu Samuel Tette ikisi şərti olmaqla 4 oyun cəzalanıb. Qanalı hücumçu bölgə təmsilçisini 3000 manat ziyana salıb. “Araz-Naxçıvan”la oyunda 4 futbolçusu sarı vərəqə görən “Sabah” klubu 700 manat cərimələnib. “Qarabağ” – “Neftçi” matçında hər iki komandanın azarkeşləri tərəfindən rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə klublar ayrılıqda 1000 manat cərimə ödəyəcəklər. Geri qayıt |