Əsas Səhifə > Ölkə idmanı > Peşəkar Futbol Liqasının daha bir əməkdaşı xəstəxanadan evə buraxılıb

Peşəkar Futbol Liqasının daha bir əməkdaşı xəstəxanadan evə buraxılıb


20-12-2023, 14:30


Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində baş vermiş qəza nəticəsində xəsarət alan Peşəkar Futbol Liqasının (PFL) daha bir əməkdaşı xəstəxanadan evə buraxılıb.

BrendSport.az
xəbər verir ki, qurumun media və marketinq direktoru Sənan Abdullayevin xəstəxana şəraitində müalicəsi başa çatıb.

Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyev palataya köçürülüb. Qurumun prezidenti Elxan Səmədovun müalicəsi isə reanimasiyada davam etdirilir.

Qeyd edək ki, ötən gün PFL-in icraçı direktoru Zaur Hacı-Məhərrəmov və texniki-idman şöbəsinin direktoru Elgiz Abbasov evə buraxılıb.
Geri qayıt