Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Kuboku: “Qəbələ” çətinliklə 1/4 finala adlayıb
Azərbaycan Kuboku: “Qəbələ” çətinliklə 1/4 finala adlayıb19-12-2023, 18:30 |
![]() Futbol üzrə Azərbaycan Kubokunda 1/4 finalın daha bir iştirakçısı bəlli olub. BrendSport.az xəbər verir ki, 1/8 final matçında I Liqa təmsilçisi “Karvan”a minimal hesablı qalib gələn “Qəbələ” adını növbəti mərhələyə yazdırıb. “Qırmızı-qaralar”ın heyətində yeganə qolu matçın əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə Mehrac Baxışlı vurub. Elmar Baxşıyevin başçılıq etdiyi komanda 1/4 finalda “Araz-Naxçıvan”la qarşılaşacaq. Qeyd edək ki, daha əvvəl “Sabah” və “Sumqayıt” komandaları mərhələ adlayıblar. Geri qayıt |