Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Premyer Liqasında avtoqol antirekordu təkrarlanıb
Azərbaycan Premyer Liqasında avtoqol antirekordu təkrarlanıb16-12-2023, 17:45 |
“Qəbələ”nin futbolçusu İlkin Qırtımov isə Azərbaycan çempionatlarında üçüncü dəfə avtoqol müəllifi olub. BrendSport.az xəbər verir ki, müdafiəçi Premyer Liqanın XVII turunda uğursuzluq yaşayıb. O, “Səbail”lə səfər görüşündə (0:3) öz qapısına qol vurub. İ. Qırtımov 2018-2019-cu illər mövsümündə “Zirə”nin heyətində “Qarabağ”la ev, ötən çempionatda “Qəbələ” forması ilə “Sabah”la səfər matçında da avtoqol müəllifi olub. O, Azərbaycan çempionatları tarixində öz qapısına ən çox qol vuran futbolçu adına şərik çıxıb. Qırtımov turnirin 31 illik tarixində 3 avtoqol edən 9-cu futbolçudur. Onadək Adil Nağıyev, Ayxan Abbasov, Bədavi Hüseynov, Denis Silva, Jairo Rodriges, Natiq Qasımov, Ruslan Abışov və Saşa Yunisoğlu da üç dəfə öz qapısına üç qol vurublar. “Sumqayıt” isə ölkə çempionatlarında 100-cü heç-heçəsini edib. “Gənclik şəhəri” təmsilçisi “Kəpəz”lə səfər görüşündə 1:1 hesablı bərabərliyə imza atıb. Sumqayıtlılar ölkə çempionatında 100 və daha çox heç-heçə edən 10-cu komandadır. “Kimyaçılar” 2011-2012-ci illər mövsümündən Premyer Liqada çıxış edir. Klubun ilk heç-heçəsi 2011-ci sentyabrın 11-də “Qarabağ”la ev matçına təsadüf edib – 0:0. Geri qayıt |