Əsas Səhifə > Ölkə idmanı > Avropa Liqası: "Qarabağ" ilk dəfə pley-offa yüksəlib
Avropa Liqası: "Qarabağ" ilk dəfə pley-offa yüksəlib14-12-2023, 23:45 |
"Qarabağ" tarixində ilk dəfə UEFA Avropa Liqasında pley-offa yüksəlib. BrendSport.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçilik etdiyi komanda turnirin qrup mərhələsinin VI turunda Bakıda İsveçin "Hakken" klubu ilə üz-üzə gəlib. Rəqibini 2:1 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi növbəti raunda visəqə qazanıb. "Köhlən atlar"ın heyətində 1-ci dəqiqədə Leandro Andrade, 45+3-cü dəqiqədə Yassin Benzia fərqlənib. H qrupunun digər matçında "Bayer 04" Almaniyada Norveçin "Molde" kollektivini darmadağın edib - 5:1. Avropa Liqasında pley-off mərhələsinin püşkü dekabrın 18-də atılacaq. Geri qayıt |