Əsas Səhifə > Ölkə idmanı > “Azərsu” həndbolçuları 14 turdan sonra turnir cədvəlinin vahid liderinə çevriliblər
“Azərsu” həndbolçuları 14 turdan sonra turnir cədvəlinin vahid liderinə çevriliblər18-03-2018, 21:07 |
Qadın həndbolçular arasında Azərbaycan çempionatında 14-cü tura yekun vurulub. Azərbaycan Həndbol Federasiyasından bildirilib ki, turun mərkəzi oyununda "Azərsu" və "Azəryol" komandaları üz-üzə gəliblər. Oyun "Azərsu" komandasının 38:26 hesablı asan qələbəsi ilə yekunlaşıb. Digər matç isə "İdman Akademiyası"nın kollektivi ilə "Qarabağ" həndbolçuları arasında keçirilib. Oyunun favoriti sayılan "Qarabağ" rəqibindən üstün olub- 36:24. Xatırladaq ki, turun ilk oyununda “Gənclər Birliyi” komandası ilə qarşılaşan "Nur" rəqibini böyük hesabla məğlub edib - 44:18. Beləliklə, aktivindəki xalların sayını 24-ə çatdıran "Azərsu" turnir cədvəlinin vahid liderinə çevrilib. Rəqibindən 4 xal geri qalan "Azəryol" ikinci pillədə qərarlaşıb. İlk üçlüyü 17 xalla "Qarabağ" həndbolçuları tamamlayırlar. "Nur" 16 xalla dördüncü, "Gənclər Birliyi" 4 xalla beşinci, "İdman Akademiyası" isə 2 xalla sonuncudur. Azərtac.az Geri qayıt |