Əsas Səhifə > Ölkə idmanı > Premyer Liqa: "Sabah" "Səbail"i 4 cavabsız qolla məğlub edib

Premyer Liqa: "Sabah" "Səbail"i 4 cavabsız qolla məğlub edib


10-12-2023, 16:55


Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.

BrendSport.az
xəbər verir ki, günün ilk matçında "Sabah" "Səbail"i qəbul edib.

"Bank Respublika Arena"dakı qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 7 və 21-ci dəqiqədə Sofian Çakla, 28-ci dəqiqədə Cesse Sekidika, 59-cu dəqiqədə Vinsent Til vurub.

"Sabah" 22 xalla 7-ci, "Səbail" 23 xalla 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, günün ikinci görüşündə "Neftçi" "Turan Tovuz"u qəbul edəcək. Turun əvvəlki oyunlarında "Qarabağ" "Sumqayıt"ı (6:1), "Kəpəz" "Qəbələ"ni (3:0) səfərdə məğlub edib. "Zirə" - "Araz-Naxçıvan" matçında isə hesab açılmayıb.
Geri qayıt