Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan badminton millisi ikinci oyununda məğlub olub

Azərbaycan badminton millisi ikinci oyununda məğlub olub


9-12-2023, 10:00


Qadın badmintonçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsinin ikinci oyununda məğlub olub.

BrendSport.az
xəbər verir ki, komanda Estoniyaya müqavimət göstərə bilməyib.

Abşeron Olimpiya İdman Kompleksində baş tutan qarşılaşma estonların 4:1 hesablı qələbəsi ilə başa çatıb. Yığmamız ilk matçında da Şotlandiyaya 0:5 hesabı ilə uduzmuşdu.

Qeyd edək ki, Azərbaycan millisi təsnifat mərhələsinin son görüşündə bu gün Slovakiya ilə qarşılaşacaq.
Geri qayıt