Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan çempionatında 41 komandadan 167 boksçu mübarizə aparacaq

Azərbaycan çempionatında 41 komandadan 167 boksçu mübarizə aparacaq


3-12-2023, 18:09

Bu gün Boks Mərkəzində təşkil olunacaq kişi boksçular arasında Azərbaycan çempionatında 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.

BrendSport.az
xəbər verir ki, çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 41 komandanın 167 boksçusu qatılacaq. Yarışın açılış mərasimi saat 11:30-da, döyüşlər saat 12:00-da başlanacaq.

Çempionatda qaliblər adı dekabrın 8-də açıqlanacaq. Final döyüşləri “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.

Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, yarışın baş hakimi Anar Babanlı, supervayzeri Aleksandr Həmidov (Özbəkistan) olacaq. Döyüşləri yerli referilərlə yanaşı, xarici ədalət təmsilçiləri də idarə edəcəklər. Onlardan Yaşar Çinar (Türkiyə), Sid Ali Mokretari (Əlcəzair), Akmalcon Abdulayevlə (Tacikistan) və Bekcon Yusupov (Özbəkistan) İBA-nın 3 ulduz kateqoriyasına malikdir.

Türkiyəli və əlcəzairli ədalət təmsilçilərinin, həmçinin dünya çempionatı və Yay Olimpiya Oyunları təcrübəsi var.
Geri qayıt