Əsas Səhifə > Ölkə idmanı > "Araz-Naxçıvan" ölkə kubokunda darmadağınla mərhələ adlayıb

"Araz-Naxçıvan" ölkə kubokunda darmadağınla mərhələ adlayıb


29-11-2023, 17:00


Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha bir oyunu keçirilib.

BrendSport.az
xəbər verir ki, günün üçüncü matçında "Araz-Naxçıvan" II Liqa təmsilçisi "Kür-Araz"la üz-üzə gəlib.

Qarşılaşma Naxçıvan təmsilçisinin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda 1/8 finalda "İrəvan"la qarşılaşacaq.

Daha əvvəl "Kəpəz" və "Qaradağ Lökbatan" növbəti mərhələyə vəsiqə qazanıblar. Günün sonuncu oyununda "Sumqayıt" "Lerik"lə münasibətləri aydınlaşdıracaq.

Qeyd edək ki, ötən gün "İrəvan", MOİK, "Karvan", "Səbail" və "Turan Tovuz" 1/8 finala yüksəliblər. Bu raundun digər matçları noyabrın 30-da reallaşacaq.
Geri qayıt