Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Kuboku: "Kəpəz" "Sabah"a rəqib olub

Azərbaycan Kuboku: "Kəpəz" "Sabah"a rəqib olub


29-11-2023, 16:00


"Kəpəz" Azərbaycan Kubokunun 1/8 finalında "Sabah"a rəqib olub.

BrendSport.az
xəbər verir ki, Gəncə təmsilçisi turnirin II təsnifat mərhələsində "Baku Sportinq" klubunu mübarizədən kənarlaşdırıb.

Qarşılaşmanın əsas vaxtı qolsuz bərabərliklə başa çatıb. "Sarı-göylər" əlavə vaxdat iki cavabsız qol vuraraq mərhələ adlayıb.

Günün başa çatan ilk görüşündə "Qaradağ Lökbatan" "Şahdağ Qusar"ı minimal hesabla üstələyib - 1:0.

"Kür-Araz" - "Araz-Naxçıvan" görüşü saat 15:00-da başlayıb və Naxçıvan təmsilçisi 1:0 hesabı ilə öndədir. Günün sonuncu oyununda "Sumqayıt" "Lerik"lə üz-üzə gələcək.

Qeyd edək ki, ötən gün "İrəvan", MOİK, "Karvan", "Səbail" və "Turan Tovuz" 1/8 finala yüksəliblər. Bu raundun digər matçları noyabrın 30-da reallaşacaq.
Geri qayıt