Əsas Səhifə > Ölkə idmanı > "İrəvan" klubunun prezidenti, "İmişli"nin isə meneceri cəzalanıb

"İrəvan" klubunun prezidenti, "İmişli"nin isə meneceri cəzalanıb


29-11-2023, 14:50


AFFA İntizam Komitəsi I Liqada çıxış edən klubların rəsmi şəxslərini cəzalandırıb.

BrendSport.az
xəbər verir ki, "İmişli"nin meneceri İlkin Əhmədov IX turda “Qaradağ Lökbatan”la matçın rəsmi şəxsinə təzyiq etdiyinə görə 2 oyunluq cəza ilə üzləşib.

"İrəvan"ın prezidenti Zahid Niyazəliyev isə akkreditasiya vəsiqəsi olmadan meydana və dəhlizə daxil olduğu üçün 1 matçlıq cəzalanıb.
Geri qayıt