Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Kuboku: "Səbail" darmadağınla 1/8 finala vəsiqə qazanıb

Azərbaycan Kuboku: "Səbail" darmadağınla 1/8 finala vəsiqə qazanıb


28-11-2023, 16:50


Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha bir oyunu keçirilib.

BrendSport.az
xəbər verir ki, "Səbail" II Liqa təmsilçisi "Şəfa" ilə üz-üzə gəlib.

Qarşılaşma Premyer Liqa klubunun 7:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Dənizçilər" 1/8 finalda “Zaqatala” - “Şamaxı” cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl "İrəvan", MOİK və "Karvan" 1/8 finala vəsiqə qazanıblar. Günün son görüşündə "Turan Tovuz" "Göygöl"ü qəbul edəcək.

II təsnifat mərhələsinin digər matçları 29-30 noyabrda olacaq.
Geri qayıt