Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Kuboku: II təsnifat mərhələsi başlayıb, "Qarabağ"ın rəqibi bəlli olub
Azərbaycan Kuboku: II təsnifat mərhələsi başlayıb, "Qarabağ"ın rəqibi bəlli olub28-11-2023, 15:20 |
Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə start verilib. BrendSport.az xəbər verir ki, ilk olaraq üç qarşılaşma baş tutub. İrəvan səfərdə "Araz Saatlı"nı 4:1 hesabı ilə məğlub edib. Komanda 1/8 finalda "Kür-Araz" - "Araz-Naxçıvan" cütünün qalibi ilə üz-üzə gələcək. MOİK isə "Cəbrayıl"dan üstün olub - 4:0. Ordu klubu növbəti raundda "Qarabağ"a rəqib olub. "Difai Ağsu"ya 1:0 hesabı ilə qalib gələn "Karvan" isə 1/8 finalda "Lerik" - "Sumqayıt" duelinin güclüsü ilə görüşəcək. Qeyd edək ki, günün digər oyunlarında "Səbail" hazırda "Şəfa" ilə qarşılaşır. Premyer Liqa təmsilçisi 3:0 hesabı ilə öndədir. Günün son görüşündə "Turan Tovuz" "Göygöl"ü qəbul edəcək. II təsnifat mərhələsinin digər matçları 29-30 noyabrda olacaq. Geri qayıt |