Əsas Səhifə > Ölkə idmanı > Voleybol üzrə Azərbaycan çempionatında növbəti oyunların proqramı açıqlanıb

Voleybol üzrə Azərbaycan çempionatında növbəti oyunların proqramı açıqlanıb


22-11-2023, 13:20

Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların keçirilmə yeri və vaxtı dəqiqləşib.

BrendSport.az
xəbər verir ki, ölkə çempionatının növbəti matçları noyabrın 22-də və 23-də təşkil olunacaq.

Bu gün MOİK Yüksək Liqadakı növbəti matçında “Neftçi” ilə üz-üzə gələcək. Oyun saat 18:00-da başlayacaq.

Noyabrın 23-də isə ilk olaraq meydana “Azərreyl” və “Murov Az Terminal” komandaları çıxacaqlar. Matç saat 16:00-da başlayacaq. Günün növbəti qarşılaşması isə “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” klubları arasında olacaq. Oyun saat 19:00-da başlayacaq.

Hər üç görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq.

Yüksək Liqa (kişilər)

22 noyabr

18:00. MOİK - “Neftçi”

23 noyabr

16:00. “Azərreyl” - “Murov Az Terminal”

19:00. “Xarı Bülbül Şuşa” - “Xarı Bülbül Laçın”
Geri qayıt