Əsas Səhifə > Ölkə idmanı > AFFA Canni De Byazi ilə yollarını ayırıb

AFFA Canni De Byazi ilə yollarını ayırıb


22-11-2023, 11:28

AFFA futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə yollarını ayırıb.

BrendSport.az
xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında milli assosiasiyanın baş katibi Sərxan Hacıyev məlumat verib.

Qərar qurumun İcraiyyə Komitəsinin (İK) bu gün keçirilmiş fövqəladə iclasında qəbul olunub. S. Hacıyevin sözlərinə görə, italiyalı mütəxəssis noyabr ayının sonunda başa çatacaq müqaviləsinin müddətinin uzadılmamasını xahiş edib. Onun istəyi İK tərəfindən qəbul olunub.

Qeyd edək ki, Canni De Byazi 2020-ci ilin avqustunda Azərbaycan millisinə baş məşqçi təyin olunmuşdu.
Geri qayıt