Əsas Səhifə > Ölkə idmanı > Premyer Liqa: “Qarabağ” “Səbail”i məğlub edib
Premyer Liqa: “Qarabağ” “Səbail”i məğlub edib12-11-2023, 22:41 |
Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub. BrendSport.az xəbər verir ki, son oyunda çempion “Qarabağ” meydançaya çıxıb. Ağdam təmsilçisi turnir cədvəlindəki qonşusu “Səbail”i qəbul edib. Şahin Diniyevin yetirmələri liderlər qrupunda qərarlaşmasına baxmayaraq, “Qarabağ”a müqavimət göstərə bilməyiblər. Toral Bayramovun 8-ci, Yassin Benzianın 43-cü, Olavio Juninyonun isə 55-ci dəqiqədə vurduğu qollar sayəsində Qurban Qurbanovun kollektivi aktivinə 3 xalı yazdırıb. Pedro Nunonun 76-cı dəqiqədə vurduğu top isə “Səbail” üçün təsəlli olub. 3:1 hesablı qələbə sayəsində xallarının sayını 26-ya çatdıran “Qarabağ” ikinci pillədəki mövqeyini qoruyub. Hesabında 21 xal olan “Səbail” isə 4-cü yerə düşüb. Turun əvvəlki oyunlarında “Kəpəz” “Araz-Naxçıvan”ı (1:0), “Sumqayıt” “Neftçi”ni (2:1), “Sabah” “Turan Tovuz”u (3:2), “Zirə” isə “Qəbələ”ni (1:0) hesabı ilə məğlub edib. Qeyd edək ki, Premyer Liqada XIV turun matçları 24-26 noyabr tarixlərində keçiriləcək. Geri qayıt |