Əsas Səhifə > Ölkə idmanı > AFFA İntizam Komitəsi “Zirə” klubunun futbolçusunu cəzalandırıb
AFFA İntizam Komitəsi “Zirə” klubunun futbolçusunu cəzalandırıb10-11-2023, 14:30 |
AFFA İntizam Komitəsi “Zirə” klubunun futbolçusu Vladislav Kulaçı cəzalandırıb. BrendSport.az xəbər verir ki, buna ukraynalı futbolçunun təcavüzkar davranışı səbəb olub. 30 yaşlı hücumçu Azərbaycan Premyer Liqasının XII turunun “Sabah” – “Zirə” görüşünün 90-cı dəqiqəsində təcavüzkar davranışa yol verdiyinə görə 4 oyun cəzalanıb. Paytaxt klubu isə 3000 manat cərimələnib. Qeyd edək ki, bu qarşılaşma “Zirə”nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Geri qayıt |